Məktəb atəşə tutulub

 

15

ABŞ-ın Pitsburq şəhərində yerli vaxtla saat 15:00-da naməlum silahlılar məktəbə hücum edərək, avtomat silahlardan atəşə tutublar.

ANS PRESS-in Rusiya mediasına istinadən verdiyi məlumata görə, açılan atəş nəticəsində 3 məktəbli yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Cinayətin baş vermə səbələri hələlik qaranlıq olaraq qalır. Bir çox küçələrdə gediş-gəliş tamamilə dayandırılıb. Cinayətkarların həbsi ilə bağlı axtarışlara başlayan Pensilvaniya ştatı polisi hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.

Saxlanılan şəxsin və yaralıların kimliyi və yaşları barədə hələlik heç bir məlumat verilmir. Güman olunur ki, hadisə, gənclər arasında baş vermiş mübahisə nəticəsində baş verib.