Məktəbddə qalmaqal- 4 şagirdlə cinsi əlaqəsi aşkarlandı-Fotolar

Məktəbin tibb işçisi əxlaqsızlıq etdiyinə görə saxlanılıb.

XALQ.AZ xarici mətbuata istinadla xəbər verir ki, məktəbdə tibb bacısı işləyən qadın özünəməxsus avtomobilində 4 şagird ilə əxlaqsızlıq edib.

ABŞ-ın Meriland ştatındakı “Crisfield High School & Academy”da işləyən Samanta Marş(Samantha Marsh) 4 şagirdə qarşı seksual xarakterli hərəkətlər etdiyinə görə tutulub.

33 yaşlı tibb bacısı bu əməllərini 2018-ci ilin mart ayından 2019-cu ilin yanvar ayına kimi davam etdirib.

Saxlanılan qadın uşaqlarla sevişdiyini boynuna alıb. O bildirib ki, uşaqlar dərsdən çıxdıqdan sonra avtomobilinə mindirərək onlara qarşı seksual xarakterli hərəkətlər edirmiş.

Məktəbdən məsələ ilə bağlı açıqlama verilməyib.

Cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.