Məktəbli formalarının qiymətləri açıqlandı

Məktəbli formasının qiymətlərində bahalaşma yoxdur.

XALQ.AZ xəbər verir ki, bunu  açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

Qiymətlərin ötənilki səviyyədə saxlanıldığını bildirən  E.Əzimovun sözlərinə görə, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat, köynəklər 8 manat, o cümlədən jilet 8 manat təşkil edir:

“26-54 ölçülü bütün köynəklərin və jiletlərin qiyməti 8 manatdır. 26-42 ölçülü şalvarlar 15 manat, 42 ölçüdən yuxarı şalvarlar 18 manat təşkil edir. I-VI siniflər üçün yubkalar 15 manatdır. Vll-XI siniflər üçün yubka sarafanlar 18 manatdır”.

Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçaların Türkiyədən gətirildiyini deyən E.Əzimov geyimlərin keyfiyyətli olduğunu qeyd edib. Hətta əlavə edib ki, geyimlərin dayanıqlılığına azı bir il zəmanət verirlər.

Qeyd edək ki, türk lirəsinin ucuzlaşması bazarda Türkiyə istehsalı olan ucuz məktəbli geyimlərinin peyda olmasına gətirib-çıxarıb.

 

 

Orxan