Məktəbli maşın altında qaldı

05

 

Bakıda 2-ci sinif şağirdi maşın altında qalaraq öldü

Bakının Nizami rayonunda, Neftçilər metrostansiyası yaxınlığında faciəvi hadisə baş verib.

Modern.az saytı xəbər verir ki, bu gün axşam saatlarında 2-ci sinifdə oxuduğu bildirilən Murad adlı şəxs maşın altında qalaraq həlak olub.

Hadisə belə baş verib. Uşaqlar gizlənpaç oynayırmışlar. Murad Mitsubişi “Pajero” markalı maşının altında gizlənibmiş. Sürücünün bundan xəbəri olmayıb. O, maşını işə salıb və hərəkətə gətirərkən uşaq maşının altında qalıb. Bir neçə dəqiqədən sonra uşaq yerindəcə keçinib.