Məmmədyarov Macarıstanın “Komandir Xaçı” ilə təltif olunub

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, Azərbaycan XİN-dən verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi və ticarət münasibətlərini müzakirə etdi, regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparıblar.

Görüş zamanı xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Macarıstan arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Macarıstan Respublikasının Komandir Xaçı Ləyaqət Ordeni ilə təltif olunub. Mükafatı Azərbaycanlı həmkarına təqdim edən xarici işlər naziri Peter Siyarto ikitərəfli münasibətlərin inkişafına verdiyi dəyərli töhfəyə görə nazir Məmmədyarova təşəkkürünü bildirib və ikitərəfli əlaqələrin, xüsusilə də iqtisadi və enerji sahələrində əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib. Nazir Məmmədyarov Macarıstan nazirinə mükafata görə təşəkkür edərək, bunu Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün həvəsləndirici amil kimi dəyərləndirib.

Orxan