Məmmədyarov açıqladı: Mnatsakanyanla görüş…

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, ATƏT sədrinin daimi nümayəndəsi Anjey Kasperşiklə görüşüb, o da xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmasını dəstəkləyib: “Digər hər hansı bir məsələ çıxmasa, bu ayın sonunda XİN başçılarının görüşü nəzərdə tutulur”.