Məmmədyarov ATƏT-in baş katibini Bakıya dəvət etdi

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Tomas Qreminqerlə görüşdə təşkilat rəhbərini yaxın vaxtlarda ölkəmizə səfərə dəvət edib.

XALQ.AZ xəbər verir ki, bu barədə ATƏT-in yaydığı xəbərdə bildirilir.

E.Məmmədyarov qeyd edib ki, baş katibin səfəri münasibəti ilə Bakıda yaşıl limanların inkişafı və birləşməsi üzrə konfrans təşkil ediləcək.

Tərəflər görüşün gedişatında ATƏT-in “Xəzər dənizi regionunda yaşıl limanlar və birləşmə” layihəsinin reallaşdırılmasının cari mərhələsini müzakirə edbilər.