Məmmədyarov İtaliyaya gedib

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 25-ci iclasında iştirak etmək üçün İtaliyanın Milan şəhərinə yola düşüb.

XALQ.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, iclas çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

 

 

Orxan