Məmmədyarov Belçikaya yola düşdü

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Belçika Krallığına yola düşüb.

Bu barədə XALQ.AZ-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfərdə məqsəd bu ilin 17 fevral tarixində Brüsseldə keçiriləcək Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak etməkdir.