Məmmədyarov görüş keçirib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmidt ilə görüşüb.

 

XALQ.AZ xəbər verir ki, XİN-dən  verilən məlumata görə, görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Tərəflər Aİ-Azərbaycan tərəfdaşlıq münasibətləri, Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi regional enerji və nəqliyyat layihələri üzrə geniş fikir mübadiləsi aparıb, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyası üzrə maraq doğuran məsələləri müzakirə ediblər.

 

 

Orxan