Məmmədyarov həmkarını təltif edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Kosta Rikanın xarici işlər naziri Manuel Qonsales Sanz ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, XİN-dən verilən xəbərə görə, nazirlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə ediblər. Nazir Elmar Məmmədyarov iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafına verdiyi töhfəsinə görə həmkarını XİN-nin Fəxri diplomu ilə təltif edib.

 

Elgün