Məmmədyarov İƏT-in iclasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətərə yola düşüb.

XALQ.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilir ki, E.Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Təmas Qrupunun nazirlər iclasında iştirak edəcək.