Məmmədyarov İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevral ayının sonunda İrana səfər edəcək.

XALQ.AZ  xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, nazirin səfəri zamanı keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlər daxil olmaqla, bir sıra mühüm məsələlər müzakirə olunacaq.

Səfir, həmçinin qeyd edib ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü Novruz bayramından sonra baş tutacaq.

 

Orxan


Comments are closed.