Məmmədyarov İsveçə getdi

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçə yola düşüb.

XALQ.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan nazirlər iclasında iştirak etməkdir.