Məmmədyarov-Mnatsakanyan görüşnün vaxtı dəqiqləşdi

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş aprelin 15-də Moskvada baş tutacaq.

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlmat yayıb.

O, görüşə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da qatılacağını əlavə edib.

 

Orxan