Məmmədyarovla Mnatsakanyan görüşə bilər

Dekabrın 6-7-də İtaliyanın Milan şəhərində keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyanla görüşə bilər.

XALQ.AZ  xəbər verir ki, Ermənistan XİN-nin mətbuat katibi Anna Nağdalyan Milanda erməni nazirlə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov arasında görüş baş tutacaqmı sualını belə cavablandırıb:

“ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən belə bir təklif edilib. Görüşün yeri və vaxtı hər iki tərəflə dəqiqləşdirildikdən sonra ictimaiyyətə məlumat veriləcək”.

 

Orxan