Məmur oğluna 250 minlik toy etdi və işdən çıxarıldı

98

 

Çin Xalq Respublikasının məmuru oğlu üçün üç gün üç gecə toy, atəşfəşanlıq etdiyi üçün işdən çıxarılıb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu mərasimin 250 min dollara dəyərində olduğu bildirilib.

 

Təmtəraqlı toyda tanınmış ifaçılar çıxış edib. Dəvət olunanlar toya bahalı avtomobillərdə gəlib.

 

Bəyin atası Ma Linsyan yerli rayonlardan birində icra başçısı işləyib. O, bildirib ki, toyun xərclərinin böyük hissəsini gəlinin ailəsi üzərinə götürüb.

 

Çin Kommunist Partiyası təntənəli mərasim üçün büdcə vəsaitinin xərclənmədiyini bildirsə də, məmur işdən azad edilib.

 

Mənbənin bildirdiyinə əsasən, məmurların bu sayaq hərəkətlərinə qarşı Çin cəmiyyətində narazılıq artmaqdadır.