Mən İlham Əliyevi səs verəcəm

 

11

Xalq artisti Nazpəri Dostəliyeva bu il oktyabrın 9-da keçiriləcək prezident seçkisində dəstəkləyəcəyi namizədin adını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi Modern.az-a açıqlamasında bildirib ki, hazırki prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında iştirak edəcək:

“Mən dövlətimizin rəhbəri İlham Əliyev cənablarını dəstəkləyəcəyəm və onun kampaniyasına musiqilərimlə, mahnılarımla dəstək olacağam. Seçkidə ona səs verəcəyəm”.

Qeyd edək ki, bəzi həmkarları Nazpəri Dostəliyevanı müxalifətə simpatiyası olan sənətçi kimi xarakterizə edərək, bir müddət öncə Müsavat başqanı İsa Qəmbərin oğlunun toyunda oxumağını ona irad tuturdular. Hətta həmin hadisədən sonra sənətçinin bəzi telekanallara çıxışına qadağa qoyulduğu barədə söz-söhbət də yayılmışdı.