Mən incimirəm

 

1

Əməkdar artist Tünzalə Ağayeva “Günəbaxan” verilişinin qonağı olub.

Xalq.az məlumatına görə, mobil telefonlardan danışan müğənni, həyatını onsuz təsəvvür etmədiyini deyib:

“Hansı məclisə gedirsən, hamı telefonla selfi çəkir. Elə mən özüm də telefonu əlimdən yerə qoymuram. Telefon bizim ən önəmli orqanizmimizə çevrilib”.

Son vaxtlar saç düzümünə görə xarici ulduzlara bənzədilən T.Ağayeva bundan incimədiyini bildirib:

“Məni son vaxtlar Pinkə, Rihannaya, Viktoriya Bekhemə oxşadırlar. Buna görə incimirəm. Gənclərin əksəriyyəti saç düzümünü mənimkinə bənzədir. Buna görə saç ustama təşəkkür edirəm”.