Mən indi Quranı öyrənirəm

65

 

Madonna kimi tanınan məşhur Amerika müğənnisi Luiza Çikkone karyerasının əvvəlki vaxtları haqqında ətraflı danışıb.

“Harper’s Bazaar” qəzetinə müsahibə verən Madonna Miçiqan ştatından fəth etmək üçün gəldiyi Nyu-Yorkun heç də onu – gələcək ulduzu nəvazişlə qarşılamadığını deyib və xeyli vaxt keçirdiyi İngiltərə əyalətlərindən biri haqqında danışaraq buranın onun üçün ən sevimli məkan olduğunu bildirib: “Britaniyada özümü çox tənha hiss edirdim, lakin İngiltərə memarlığı və yaşadığım ingilis kəndini sevə bildim.”

Müğənni, həmçinin Quranı öyrəndiyini söyləyib: “Fikrimcə, bütün dini kitabların mətnini bilmək olduqca mühümdür. Yaxşı müsəlman olmaq üçün yaxşı yəhudi olmaq lazımdır. Yaxşı yəhudi olmaq üçün isə yaxşı xristian olmaq lazımdır.”