“Mən pedofil deyiləm”

Sefir

İtaliyanın Aşqabaddakı səfiri ilə bağlı qalmaqallı iddia ortaya atılıb.

Xalq.az-ın xəbərinə görə, İtaliyanın Aşqabaddakı səfiri Daniel Bosionun Filippinin paytaxtı Manilada tətil edərkən 6-12 yaş arası 3 uşaqla yaxalandığı iddia olunub.

Uşaqların müdafiəsi ilə bağlı qanunu pozan Bosio polis tərəfindən saxlanılıb. 46 yaşlı Daniel Bosionun saxlanıldığı ölkənin Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib. Bosionun diplomatik toxunulmazlığını istifadə etmək istədiyi deyilir. Bosionun 1992-ci ildə Filippində uşaqları qorumaqla bağlı qəbul edilmiş qanunu pozmaqda günahlandırıldığı qeyd edilib.

Avstraliyalı bir fəalın “Səfir pul qarşılığında uşaqlarla cinsi əlaqəyə girir” xəbərindən sonra saxlanılan Bosio İtaliya mətbuatına verdiyi açıqlamada, “Mən pedofil deyiləm. Sadəcə o uşaqları oyun parkına aparmaq istədim. And içirəm onlara bir şey etmədim, onları əyləndirmək istəyirdim. Ümid edirəm hər şey ortaya çıxar” deyərək günahsız olduğunu bildirib.

Qeyd edək ki, İtaliya mətbuatı Bosionun illərdir uşaqların hüquqlarının qorunması ilə bağlı tədbirlərdə aktiv rol oynadığını yazıb.