“Məni Türkiyə təkbaşına tutmayıb”

Ocalan

 

“İmralı adasına gətirilərkən, orada məni ABŞ-ın o vaxtkı prezidenti Bill Klintonun xüsusi məsləhətçisi olan general qarşılamışdı”.

Xalq.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə belə bir iddia ilə PKK lideri Abdulla Öcalan çıxış edib.

Onun sözlərinə görə həmin gün generaldan başqa, Avropa Birliyinin xüsusi rəsmisi və hazırda həbsxanada olan Milliyətçi Hərəkat Partiyasının üzvü Engin Alan da iştirak edib.

“Engin Alan o dövrdə Türk Qladiosunun rəsmi rəhbəri hesab olunurdu. Hər üç səlahiyyətli şəxs məni İmralı adasında qarşıladı. Bununla da ABŞ, Avropa Birliyi və o vaxtkı Türkiyə hakimiyyəti arasındakı gizli danışıqlar ortaya çıxmış oldu. Onsuz da əvvəldən Türkiyə təhlükəsizlik qüvvələrinin məni təkbaşına ələ keçirdiyinə şübhə edirdim. Həmin gün şübhələrimin doğru olduğuna əmin oldum. Türkiyə rəhbərliyi isə üzdə hər şeyi başqa cür göstərilirdi”, – deyə Abdulla Öcalan iddia edib.