Mənsur Məmmədovun “yol əhvalatı”

86

Goycayın 4.5 milyonluq yolu bərbad vəziyyətə düşüb 

 

 Mənsur Məmmədovun  «müasir texnologiyası» Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun «yeyilməsi»nə vəsilə olub

 

Məlum olduğu kimi, «2009-2013-cü illər Sosial İqtisadi İnkişaf Dövlət Proqramı» çərçəvəsində bütün rayonlarda quruculuq, abadlıq və yeni yolların çəkilməsi işləri həyata keçirilir. Bu məqsədlə dövlət büdcəsindən hər il milyonlarla manat pul ayrılır. Xalq.az xəbər verir ki, bəzi rayonlarda büdcə pullarından istifadə edən icra başçıları nə işi yarada biliblər, nə də nəticə ortaya qoymağı bacarıblar.

 

 Həmin rayonlardan biri də Goycay  rayonundur. Xalq.az-ın araşdırmalarına görə, hələ bir müddət əvvəl rayonun Cəyirli-Qızılağac-Yenikənd yollarının çəkilməsi üçün büdcədən 4.599.682 manat pul ayrılıb. Bununla bağlı işlər isə «ATF» MMC-yə həvalə edilib. Rayonun icra başçısı Mənsur Məmmədov yeni «müasir texnologiya»ları isə həmin yolun keyfiyyətli şəkildə çəkilməsinə imkan verilməyib. Elə bu səbəbdəndir ki, qeyd olunan yol bərbad haldadır. 

 

 

 

Araşdırmalar zamanı o da məlum olub ki, ümumilikdə, Goycay  rayonunda bütün tikinti və abadlıq işləri ilə bağlı elan edilmiş tenderlərin əksəriyyətini «ATF» şirkəti udub. Və bu «udma» prosesi də onunla bağlıdır ki, həmin şirkət dolayı şəkildə Mənsur Məmmədova işləyir. Hətta onun başında duran şəxsin Goycayın icra başçısı ilə həddindən artıq yaxın olduğu deyilir. 

 

 

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq