Mərdan Camalov rayonda torpaq qoymayıb

111

Şirvanın  mərkəzində bir qarış torpaq qızıl qiymətinə olub

 

Şirvanın  mərkəzində torpaq sahəsi qalmayıb. Xalq.az-a verilən məlumata görə, icra başçısı Mərdan Camalov  torpaq alverinə girişmiəsindən sonra rayon mərkəzində hal hazırda bir qarış ərazi tapmaq mümkün deyil.Sakinlərin bildirdiyinə görə, icra başçısı bir neçə il bundan əvvəl başladığı prosesi elə keçən il yekunlaşdırıb. İddialara görə, Mərdan Camalov Şirvanın  mərkəzində torpaqları həddindən artıq baha qiymətə satdığından, onu alanların əksəriyyəti elə yerli məmurlar olublar. Hətta belə bir xəbər də dolaşır ki, sözügedən şəxs hazırda illərdən bəri dükan tikərək işlədən şəxslərin də torpaq sahələrini əllərindən almağa hazırlaşır. Üstəlik, o da deyilir ki, həmin dükanlar sökülərək, yerləri başqalarına satılacaq. Camalov artıq kəndlərdə belə torpağ satışına start verib. Bələdiyyə sədrləri ilə toplantı keçirərərk boş ərzilər haqqında yeni məlumat verilmısini tələb edib. Görünür Şirvanda kənd əhalisinə verilən  pay torpaqlar belə satışa çıxarılacaq.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq