Mərkəzi bankın işçisinin-MÜRACİƏTİ

9

Sosial şəbəkələrdə yayılan müraciəti Sizə təqdim edirik

“Mən, Mirzəyev Valeh Vaqif oğlu 1981-ci ildə anadan olmuşam. Ailəliyəm, iki az yaşlı övladım var. Ailədə yeganə iş sahibi mənəm. Yaşadığım və qeydiyyatda olduğum ev ipoteka kreditindədir. Uzun müddətdir bank sektorunra İnformasiya Texnologiyaları sahəsində çalışıram və hal hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşıyam.
2013-cü ilin iyun ayında həkimlər tərəfindən mənə ilkin limfoblastik leykoz diaqnozu qoyulmuşdur. Artıq 3 aydır ki, müalicə olunuram və hazırda ayaq üstəyəm. Bütün müalicəmi özüm və qohumlarım hesabına həyata keçirirəm, ancaq müalicənin sonunda əməliyyat olunmağıma ehtiyac var.
Əməliyyat olunmadığım təqdirdə həyat ilə vidalaşmalı olacam. Təqaüdçü valideynlərimin və iki körpə balamın gələcək taleyi sual altında qalacaq.
Hər bir yardım edən şəxsə və imkanı olmayıb sadəcə “Allah şəfa versin!” deyən kəsə öz dərin minnətdarlığımı bildirirəm.

…Əzizlərimdən və sevdiklərimdən çox uzaqdayam. Yanımda yalnız anamdı. Hər gün səhər tezdən axşamadək xəstəxananın həyətində oturan ANAM. Gözünü mənim olduğum palatanın pəncərəsinə dikən, ağ saçlı ANAM. Yanıma gələndə gözləri ilə mənimlə vidalaşan ANAM. Yanımda olanda gözyaşını ürəyinə axıdan ANAM. Əməliyyat olunmasa cavan balasını soyuq torpağa qoymaq məcburiyyətində olan ANAM.

Fikrimdə hamı ilə vidalaşmışam, balalarımdan başqa. Yuxularımda da onları görürəm. Səslərini eşitməyə zəng edirəm, onlar danışır, mən susuram. Çünki qəhər məni boğur, danışa bilmirəm.

Uşaqlarımın indi bir arzusu var. Ataları tezliklə sağalıb gəlsin və Yeni ili onlarla keçirtsin. Bu səbəbdən Sizə, bütün dünya Azərbaycanlılarına son müraciətimi edirəm!

Əməliyyat üçün hazırda 120 mindən 46 min manat çatmır. Yolun çox böyük hissəsi geridə qalıb. Mən səmimi qəlbdən inanıram ki, yanvar ayının sonuna kimi Allahın və sizin dəstəyiniz ilə tələb olunan məbləğ toplanacaq.
Paylaşın, yaratdığım tədbirdə imkan daxilində iştirak edin. 10 manata imkanı olan insanı yanvar ayının sonuna kimi 20 dəqiqə vaxt itirib, istənilən bankın istənilən filialına yaxınlaşıb bank rekvizitimi deyərək yardım etməyə dəvət edirəm. Bilirəm birinci hər kəsin ağlına bu fikir gəlir. Axı 10 manat ilə nə olasıdır və ya mən 10 manat ilə banka necə gedim?! Siz bir insan ömrü haqda fikirləşin. Allah sizin bu etdiyiniz yaxşılığı əvəzsiz qoymaz.

Bu vaxta qədər bütün yardım edənlərə öz adımdan və ailəm adından dərin təşəkkürümü bildirirəm.”

Bir daha bank rekvizitini diqqətinizə çatdırıram.
Adı: Mirzəyeva Kifayət Ağaəli qızı
Müştərinin hesab nömrəsi: AZ29UBAZ01148621741010AZN001
Bank: UNİBANK CB
SWIFT ADRESİ: UBAZAZ22 (Baku,AZ,Azerbaijan)
Kod: 505754
VÖİN: 1300017201
Benefisiar Bankın hesab N-si: AZ46NABZ01350100000000015944

 

9998