Mərkəzi Bankın rəhbəri dəyişdi

vezi
Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR-dakı ərazi idarəsinin rəhbəri dəyişib.
XALQ.AZ report-a istinadən xəbər verir ki, indiyə qədər idarəyə rəhbərlik edən Səbuhi Hidayət oğlu Məmmədov vəzifəsindən azad edilib.
Onun yerinə Orxan Şıxəli oğlu Abdullayev təyin olunub.
Xatırladaq ki, AMB-nin Naxçıvandan başqa, Biləsuvar, Gəncə və Qubada regional mərkəzləri, Sumqayıt və Yevlaxda ehtiyat mərkəzləri fəaliyyət göstərir.