Mərkəzi Gömrük Hospitalında Ümummilli Liderin xatirəsi anılıb

Dekabrın 12-də Mərkəzi Gömrük Hospitalında (MGH) ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

MGH-dan  bildirilib ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, ümumi cərrah Aynur Səfiyeva, Namiq Novruzov, cərrah-transplantoloq Mircəlal Kazımi və digərləri Ulu Öndərin Azərbaycan səhiyyəsinin inkişafı, həkimlərin milli kadr kimi yetişməsi üçün yaratdığı şəraitdən danışıblar.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülüb, islahatlar aparılıb. Hazırda Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər.


Orxan