Bu prospektər 1 həftəlik bağlanacaq

2018-ci il “Formula-1” üzrə Azərbaycan Qran-Prisində konsert və əyləncə proqramlarının Kristal Zalda keçirilməsi ilə əlaqədar Azneft dairəsindən Dövlət Bayraq Meydanına qədər olan olan yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

XALQ,AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib.

O bildirib ki, yalnız icazə sənədi olanlar bu əraziyə buraxılacaq:

“Aprelin  25-dən mayın 1-dək dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinə qədər olan hissəsinə giriş bağlı olacaq. Aprelin 26-sı saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu zonaya giriş-çıxışna icazə veriləcək”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 27-29 apreldə keçiriləcək.

 

 

Elgün