Məscidlərdə bayram namazı qılındı

Bu gün Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınıb.

 

XALQ.AZ xəbər verir ki, Təzəpir məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.

QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqust ayının 22 və 23-ü qeyri-iş günüdür.

 

 

Orxan