Məşhur aktrisa həbs ediləcək-Foto

XALQ.AZ xəbər verir ki, Çin Dövlət Vergi İdarəsi və Çiangsu Vergi Bürosunun birlikdə apardıqları araşdırma nəticəsində məlum olub ki, məşhur aktrisa Fan Binqbinqin real gəlirini gizlədib. O, film çəkilişi üçün gəlirini nəzərə tutan müqavilələrdə saxtakarlığa yol verib.

Məlumata görə,aktrisa və film şirkəti cəzalandırılıb. Belə ki, aktrisaya və şirkətə birlikdə 130 milyon dollar (36 milyon manat) cərimə kəsilib. Aktrisa həbs oluna bilər.

Qeyd edək ki, aktrisa Hollivudun “X-Men: Keçmiş zaman gələcək”, “Dəmir Adam-3” kimi filmlərində rol alıb.

 

Orxan