Məşhur aparıcı əməliyyat olundu

Xəzər TV-də yayımlanan “X Maqazin” və “Şən bazar” şou verilişlərinin aparıcısı Zümrüd Bədəlova əməliyyat olunub.

XALQ.AZ xəbər verir ki, teleaparıcı gözəlləşmək üçün özəl klinikaların birində cərrah masasına uzanaraq, plastik və estetik əməliyyat keçirib. Bu barədə Zümrüd sosial media hesabında məlumat verib.

Z.Bədəlova göz qapaqlarında bleforoplastika, qulaqlarında və qarın nahiyəsində abdominoplastika əməliyyatları keçirib. Teleaparıcının vəziyyətinin yaxşı olduğu bildirib.