Məşhur aparıcıda koronavirus aşkarlandı

Türkiyəli aparıcı, müğənni Esra Balamir koronavirusa yoluxub.

XALQ.AZ xəbər verir ki, bunu jurnalist Bilal Özcan deyib.

Məlumata görə, Esra Balamir daha öncə dostunda koronavirus aşkarlandığını və bu səbəbdən onun da testdən keçdiyini bildirmişdi.

Qeyd edək ki, aprelin 3-nə olan bilgiyə görə, Türkiyədə ümumilikdə 20 mindən çox insanda koronavirusa yoluxma faktı qeydə alınıb. Ölkədə virus qurbanlarının sayı 425 nəfərdir. 500-ə yaxın xəstə isə sağalaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 133 000-i ötüb. Bunların 236 000 nəfəri sağalıb, 60 381 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.