Məşhur diapsora sədri güllələndi-YENİLƏNİB

 

55

Naməlum şəxslər dini icma rəhbərinə evini qarşısında hucum ediblər

 

 

Xalq.az daxil olan məlumatlara görə, Rusiyanın paytaxtı Moskva şəhərində daha bir Azərbaycan vətəndaşı silahlı hücuma məruz qalıb. Sosial şəbəkələrdə yayılan məlumatda bildirilir ki, Moskva Əhli-Beyt cəmiyyətinin sədri Mais Qurbanov evinin qarşısında millətçilər tərəfindən güllələnib. Qeyd edək ki, hadisə Moskanın Novokosino rayonunda baş verib. Naməlum şəxslər tərəfindən hücumu məruz qalan dini icma rəhbəri artıq xəstəxanaya yerləşdirilib.  Xəsətəxanada həkimlərin səyi nəticəsində həmyerlimizi xilas etmək mümkün olub. Faktla bağlı araşdırmalar aparılır.

 


18.30

Baş vermiş hadisə ilə bağlı Ümumrusiya Azərbaycan Konqresinin icracı direktoru İlqar Hacıyevlə əlaqı saxladıq. İlqar Hacıyev baş vermiş hadisəni təsdiqləyərək dini icma rəhbəri Mais Qurbanovun odlu silahdan açılmış atəş nəticəsində ağır yarı ilə xəstəxanaya yerləşdirilmişdir.  Həkimlər tərəfindən keçirilən cərrahiyə əməliyyatı nəticəsində icam rəhbərinin həyatı xilas edilmiş və ciddi həkim nəzartinə götürülmüşdür. Hal-hazırda xəstənin vəziyyəti orta ağır olaraq qalır. Hadisə bağlı araşdırma davam etsədə  son məlumatlara görə  heş kəs saxlanılmayıb.

 

 

 

Xalq.az