Məşhur iş adamı həbs olundu

15

 

İstanbul Respublika Prokurorluğu rüşvət əməliyyatı ilə bağlı səhər saatlarından hərəkətə başlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs olunanların arasında tanınmış azərbaycanlı iş adamı, müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab da var. Həmçinin türkiyənin məşhur biznesmen Ali Ağaoğlu da həbs olunan 18 nəfər sırasındadır.

Prokurorluq rüşvət vermək ittihamı ilə iş adamlarından şıübhələnərək bir ildən artıqdır onları izlədiklərini bildirib.


Türkiyənin “Hurriyet” qəzetinin saytında verilən məlumata görə, əməliyyatda həbs olunanların sayı artıq 22 nəfərə çatıb. Onların arasında adı hələlik açıqlanmayan nazir oğlu da var.