Məşhur kolbasa şirkəti cərimələnib

Bakı Apelyasiya Məhkəməsində “Zəhmət-Ruzi” MMC-nin 300 manat cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb.

XALQ.AZ xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib.

İnzibati Xətalar Məcəlləsinin 347-ci (dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şirkət Nəsimi Rayon Məhkəməsinin 1 aprel 2019-cu il tarixli qərarından şikayət vermişdi.

Qeyd edək ki, “Zəhmət-Ruzi” MMC Azərbaycanda təxminən 15% bazar payı ilə “SAB” adlı 100-dək çeşiddə kolbasa, süd və delikates məhsullarının istehsalçısıdır.

 

Orxan