Məşhur müğənni səhnədə can verdi – Video

İspaniyanın məşhur müğənnisi və rəqqası Coana Sayns konsert zamanı faciəli şəkildə səhnədə həyatını itirib.

XALQ.AZ xəbər verir ki, rəqs zamanı səhnədə priotexniki vasitələrlə şou nümayiş olunub.

Fişənglərdən birinin partlaması nəticəsində 30 yaşlı müğənni qarnından yaralanıb. O, aldığı xəsarətlər nəticəsində həyatını itirib.

İlkin iddiaya görə fişəng istehsal edən şirkət məhsullardan birinin tərkibinə yalnış maddə doldurub. Partlayış zamanı fişəngdən ayrılan detal müğənninin qarnına girib.

Səhnədə müğənnidən başqa 15 nəfərdən ibarət rəqqas heyəti və ansabl üzvləri olub. Heç kim zərər çəkməyib.

Orxan