Məşhur mügənni xəstəxanaya yerləşdirildi

 

45

Türkiyənin məşhur sənətçisi Adnan Şənsəs səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, mədə xərçəngi olan və əməliyyat edilən A. Şənsəs hazırda xəstəxanada müalicə olunur.

Ayaqlarında şişmə olan və xeyli çəki itirərək 56 kq-a düşən sənətçi “Memorial” xəstəxanasında həkim nəzarətinə götürülüb. Onun vəziyyətinin yaxşı olmadığı bildirilir.