Məşhur polislər

XALQ.AZ xəbər verir ki, Azərbaycan polisinin 100 illiyidir.

Polis əməkdaşı olan məşhurların siyahısını təqdim edirik:

Tanınmış idmançı Eduard Məmmədov Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantıdır. Kikboksinqlə məşğul olan E.Məmmədov müsahibələrinin birində bildirib ki, polis olmaq onun uşaqlıq arzusu olub.

Rütbəcə polis olan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Əməkdar artist, tanınmış aktyor, “Planet Parni iz Baku” KVN teatrının aparıcı üzvlərindən olan Cabir İmanov polis orqanlarında çalışır. İmanov polis polkovnik-leytenantıdır.

Rütbəcə polis olan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

2008-ci il Pekin Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli də polis əməkdaşı olub. O, Polis Akademiyasını bitirib və DYP-də işləyərkən polis kapitanı rütbəsini daşıyıb. E.Məmmədli Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub.

Rütbəcə polis olan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Pekində keçirilən Olimpiya oyunlarının bürünc mükafatçısı, veteran cüdoçu Mövlud Mirəliyev Şəmkir Olimpiya Kompleksinin direktoru olmaqla yanaşı həm də polis mayorudur.

Rütbəcə polis olan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Tanınmış idmançımız Tural Bayramov da polis serjantıdır. O, kikboksinqlə məşğul olub.
Rütbəcə polis olan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Xalq artisti Azərin Silahlı Qüvvələrin baş leytenantı vəzifəsində çalışır.

Rütbəcə polis olan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Azərbaycanın əfsanəvi güləşçisi, Avropa və Olimpiya çempionu, dünya çempionatının finalçısı Namiq Abdullayevin isə polisdə təcrübəsi daha çoxdur. O, 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. DQBİ-nin idman komandasının rəisi, polkovnik-leytenantıdır.
Rütbəcə polis olan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

 

 

Orxan