Məşhur repçi beş milyon dollarlıq malikanə aldı – FOTO

Tanınmış repçi və dünyanın ən çox qazanan məşhurlarından olan Kardi B özünə yeni malikanə alıb.

XALQ.AZ xəbər verir ki, repçi xanım Atlantadan aldığı 5,8 milyon dollarlıq olan malikanədə həmkar sevgilisi Ofset ve qızı Kiyarı ilə yaşayacaq.

İki ildir ev axtaran cütlük, nəhayət, istədikləri malikanəni tapa biliblər. Cütlük yaxın zamanda malikanəyə köçməyi planlaşdırır.

Malikanədə hovuz, böyük qonaq otağı, iki geyinmə otağı, dörd hamam, böyük kitabxana və Kardinin istədiyi kimi, geniş mətbəx var.  

Qeyd edək ki, repçi lüks yaşam tərzi ilə gündəmdədir.

XALQ.AZ