Məşhur repçi öldürüldü

Amerikalı repçi Nipsi Hasl qətlə yetirilib.
XALQ.AZ xəbər verir ki, hadisə repçinin Los Ancelesdə yerləşən geyim mağazası “Marathon Clothing”in qarşısında baş verib. 33 yaşlı Hasl bir neçə güllənin hədəfinə çevrilib və həyatını itirib. Hadisə zamanı digər 2 nəfərin yaralandığı bildirilir.
Cinayətə görə hələlik heç kim həbs edilməyib.
Qeyd edək ki, əsl adı Ermias Deyvidson Asqedam olan repçinin “Victory Lap” albomu bu il Qremmi Mükafatına namizəd göstərilmişdi.
Orxan

Comments are closed.