Mətbuat Şurası mitinqlə bağlı məlumat yaydı

 

01

Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyət göstərən monitorinq qrupu özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 12-də Yasamal rayonunda yerləşən İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilmiş icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə hər hansı məhdudiyyət faktı qeydə almamışdır. Mətbuat Şurasının mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon nömrəsinə də bununla bağlı hər hansı məlumat daxil olmamışdır.
Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkcələrdə olduqlarını qeydə almışdır.


Comments are closed.