Mətbuat xidmətinin rəisi təltif olundu

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təltif olunub.

XALQ.AZ xəbər verir ki, Elşad Hacıyev Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə “Daxili İşlər Nazirliyində əla xidmətə görə” döş nişanı ilə təltif olunub.

Elşad Hacıyevi əvvəllər Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin əməkdaşı olub.

2018-ci ilin okryabrında Daxili İşlər nazirinin əmri ilə Elşad Hacıyev “Polis” qəzetinin redaktoru vəzifəsinə, eyni zamanda Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi postuna təyinat alıb.