Mətin Mirzədən müraciət-VİDEO

 

Mərhum deputat Mikayıl Mirzənin oğlu müraciət yaydı 

Xalq.az Modern.az-a istinadən  xəbər verir ki, mərhum xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğlu Mətin Mirzə “Azərbaycan oxusun” adlı videorolik hazırlayıb. Bununla bağlı Azərbaycan vətəndaşlarına müraciət də edib. Mətin Mirzənin Modern.az saytına təqdim etdiyi müraciətdə deyilir:

”Hörmətli Azərbaycan vətəndaşları! “Azərbaycan oxusun” adlı klip 2012-ci ilin noyabr ayında hazır edilib.
Layihənin ideya müəllif mən – Mətin Mirzə, rejissoru Rais Bəhramidir.
Məqsəd layihə vasitəsilə cəmiyyətə səslənmək, vətəndaşları hörmətli prezident cənab İlham Əliyev ətrafinda birləşməyə səsləməkdən ibarətdir.
Bu mənim şəxsi təşəbbüsüm, daxilimdən gələn səsim və atam Mikayil Mirzənin sona qədər mübarizə apardığı ideyanın davamı, vətəndaşlıq mövqeyim, oğul borcumdur. Mən bir vətəndaş kimi bu layihə vasitəsilə Sizin hər birinizi qarşıdan gələn seçkilərdə İlham Heydər oğlu Əliyevə səs verməyə, haqqı dəstəkləməyə, dövlətçilik ətrafında birləşməyə çağırıram!
Beləliklə, Azərbaycan oxusun!
Hörmətlə, Mətin Mikayıl oğlu Mirzə”.