Məzahir Pənahov 394 nəfərin namizədliyi qeydə alınıb

“Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2264 namizəd müraciət edib”.

XALQ.AZ-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri  bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, 462 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb:

“Onlardan 2216 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1976 nəfəri isə artıq imza vərəqələrini alıb. 394 nəfərin namizədliyi qeydə alınıb”.

XALQ.AZ