Macar qonaqlar Fəxri Xiyabanda

Sehidler

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, ATXƏM və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Macarıstan aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət ediblər. 

XALQ.AZ  xəbər verir ki, Macar Turan Vəqfinin üzvləri və digər qonaqlar öncə Fəxri Xiyabanda eydər Əliyevin və görkəmli oftolmoloq- alim  Zərifə Əliyevanın məzarını ziyarət edib, xatirələrini ehtiramla yad ediblər. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan bir sıra görkəmli aydınları, dövlət adamlarının məzarları ziyarət edilib. Sonra  Şəhidlər Xiyabanına gələn macar qonaqlara ABAİ İB sədri, millət vəkili Qənirə Paşayeva tərəfindən Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan  torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, soyqırımlar barədə geniş bilgi verilib.

Macar qonaqlara eyni  zamanda  millət  vəkili Qənirə Paşayeva  XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib.