Macarıstanda seçki günüdür

Macar

Bu gün Macarıstanda ümumi seçkilər keçirilir. 8 milyon seçici öz seçimini edəcək. Xalq.az-ın məlumatına görə, seçkilərdə parlamentdə yer almaq üçün 18 siyasi partiya yarışır. Bunlardan yalnız 4 partiya parlamentə daxil ola biləcək.

2010-cu ildə seçicilərin 65%-nn səsini qazanaraq hakimiyyətə gələn mərkəz-sağçı «Gənc Demokratlar» partiyasının bu seçkidə də azı 50% səs toplayaraq qalib olacağı gözlənilir.

Macarıstan Mərkəzi Seçki Komitəsinin qərarına əsasən, 1990-cı ildən bəri 2 turda keçirilən ümumi seçkiləri bu il 1 turda keçirilir. Seçki sistemində də bəzi dəyişikliklər edilib. Daha əvvəl 386 millət vəkili kürsüsü uğrunda mübarizə gedirdisə, indi bu rəqəm 199-a endirilib.