Madonna tanınmaz hala düşdü – FOTO

“Madame X” turnesi çərçivəsində 5 dəfə konsertini təxirə salan amerikalı müğənni Madonna tanınmaz hala düşüb.

XALQ.AZ xəbər verir ki, 61 yaşlı ifaçının “London Palladium” sarayındakı 2-ci konsertindən sonra fotoqraflar onun şişmiş üzünün şəkillərini çəkiblər.

Madonnanın üzündəki şişkinliyin hər hansı bir xəstəliklə və ya estetik əməliyyatla bağlı olub-olmadığı isə hələ ki, məlum deyil.

Qeyd edək ki, dünya ulduzunun 2 gün əvvəl reallaşan konsertində tamaşaçılara telefon işlətməyə icazə verilməmişdi.

XALQ.AZ