Magistral yolda 100 maşın toqquşdu

 

9

Belçikada qərb əyalətində magistral yolların birində baş vermiş kütləvi toqquşmada 100-ə yaxın maşın zəncirvari şəkildə qəzaya uğrayıb. İnsident nəticəsində azı 1 nəfərin öldüyü, 54 nəfərin yaralandığı bildirilir. Zonnebeke rayonunda xilasedicilər və təcili tibbi yardım işçiləri bir neçə saat ərzində əzilmiş maşınların arasından qəza qurbanlarını və yaralıları çıxarmağa çalışıb. Hadisə yerində qatı duman olduğundan maşın yoluna təcili yardım helikopterinin enməsi mümkünsüz olub.

Regionun əsas sənaye mərkəzi olan Kortrişk şəhərini İperə birləşdirən magistral yol qəzadan sonra az qala maşın xarabalığına çevrilib. Havanın dumanlı olmasına rəğmən yolda aşmış avtomobilləri, yolun kənarına çırpılmış yük maşınlarının görmək mümkün olub. Temperatur 0 dərəcəyə yaxın olduğundan, maşında çıxılmaz vəziyyətdə qalan zərərçəkənlərə qızdırıcı adyallar paylanılıb.

Xatırladaq ki, 1996-cı ildə Belçikada baş vermiş oxşar zəncirvari qəza azı 10 nəfərin həyatına son qoymuşdu.