Mahir Abbaszadə Laçın obalarında görüşlər keçirdi – FOTO

121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Mahir Abbaszadə Ağcəbədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində yerləşən Qarıqışlaq, Alxaslı, Fingə, Mişni və Ərdəşəvi obalarında müvəqqəti məskunlaşmış Laçın sakinləri ilə görüşüb. 

XALQ.AZ xəbər verir ki, deputatlığa namizəd ölkədə həyata keçirilən islahatlardan danışıb, özünün bundan əvvəlki deputat fəaliyyəti barədə seçicilərə məlumat verib.Mahir Abbaszadə ötən seçkilərdən bəri təkcə Taxta Körpü ərazisində seçicilərilə 21 dəfə görüşdüyünü, onların müraciətlərini, təklif və iradlarını dinlədiyini,qaldırılan problemlərin həllinə çalışdığını bildirib.

O, həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci Vitse-Prezident Mehriban Əliyevanın dəstəyilə ölkədə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial təminatının gücləndirilməsi istiqamətində böyük işlər görülür. Ötən ilin sonunda Taxta Körpü ərazisindəki Qarakeçdi, Vağazin, Şeylanlı və Katosobaları üçün 645 evlik 3 yeni qəsəbənin salındığını deyən M. Abbaszadə, ağır şəraitdə yaşayan digər obalar üçün də gələcəkdə mərhələlərlə yeni qəsəbələrin inşa ediləcəyini bildirib. Eyni zamanda M.Abbaszadə və görüş iştirakçıları Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad ediləcəyinə və Böyük Qayıdış proqramının həyata keçiriləcəyina inamlarını ifadə ediblər. 

Seçicilər M. Abbaszadənin ötən çağırış zamanı fəaliyyətini yüksək qiymətləndirib, onların müraciətlərinin müsbət həlli üçün çalışdığını deyib, onun şəhid ailələri və Qarabağ qazilərinə xüsusi diqqət göstərdiyini vurğuayıblar. Eyni zamanda Laçın obalarının sakinləri onları narahat edən problemləri qaldırıb və yeni seçiləcək deputatdan gözləntilərini ifadə ediblər. 

Mahir Abbaszadə qeyd edib ki, ona yenidən səs verəcəkləri təqdirdə seçicilərinin etimadını doğrultmaq üçün daha çox çalışacaq. Namizəd isti qarşılanmaya və dəstəyə görə seçicilərinə təşəkkür edib, onları fevralın 9-da keçiriləcək seçkilərdə fəal olmağa çağırıb. 

Mahir Abbaszadə Laçın obalarında görüşlər keçirdi- FOTOLAR

XALQ.AZ