Mal-qara oğurlayan şəxslər tutulub

Salyan rayonunda mal-qara oğurlayan şəxslər saxlanılıb. XALQ.AZ xəbər verir ki, rayonun Kürqaraqaşlı kənd sakiniGülağa Salman oğlu Salmanov polis şöbəsinə gələrək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus 2500 manat dəyərində 1 baş iribuynuzlu qaramal və onun 500 manat dəyərində olan 5aylıq balasının oğurlanması barədə şikayət ərizəsi ilə müraciət edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən “isti izlərlə” keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, rayonun Arbatan kəndində yaşayan Rabil Qəribağa oğlu Rəhimov və onun tanışları, Lerik rayonunun Züvüç kənd sakinləri – Müşfiq Şirməmməd oğlu Quliyev və qardaşı Xoşbəxt Şirməmməd oğlu Quliyev Masallı rayonunda heyvan bazarında saxlanılıblar.

İlkin istintaq zamanı məlum olub ki, oğurluqda şübhəli bilinən R.Rəhimov şikayətçi Gülağa Salmanovun kürəkənidir.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.